WELCOME - 62lisey
  Ana Sayfa
  Harita
  Cavid
  62lisey
  K.Aygun foto
  T.Aysel foto
  I.Irade foto
  Roya foto
  Ask duasi
  İngiliscə sms
  Türkcə sms
  Təbrik sms
  Həsrət sms
  Mezeli sms
  Rusca sms
  Sevgi sms
  Üzr sms
  Yanıltmaclar
  Bağlamalar
  Avatar

Nizami rayonundakı X.Quliyev adına 62 saylı məktəb-lisey haqqında məlumat

 

Məktəb 1964-cü ildən fəaliyyət göstərir. Məktəb-lisey 1 korpusdan və 4 mərtəbədən ibarətdir. 51 sinif otağı və fənn kabineti 627 nəfər şagird üçün nəzərdə tutulmuşdur. 2007/2008-ci tədris ilindən məktəb-lisey kimi fəaliyyət göstərir. Məktəb-lisey bütün ixtisaslardan olan fənn müəllimləri ilə təmin olunmuşdur. Ali təhsilli müəllimlər 94,1% təşkil edir.

Şagird-müəllim nisbəti 1:8 təşkil edir.Məktəb-lisey bir növbədə fəaliyyət göstərir. Şagirdlərin sayı 828 nəfər şagird təhsil alır. Məkətb-lisey 5 günlük iş rejimi ilə işləyir. Məktəb-lisey 2008-ci ildə əsaslı şəkildə təmir olunmuş, istilik, su, kanalizasiya və enerji təminatı normaldır.
2007/2008 və 2008/2009-cu tədris illərində məktəb-liseydə bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. Nizami rayonu məktəblərinin stend atıcılığı yarışı, “Həyati bacarıqlara əsaslanan təhsil: nailiyyətlər və problemlər” mövzusunda müəllimlərin, valideynlərin və yuxarı sinif şagirdlərinin birgə treninqi, “Həyat mübarizə meyarıdır” mövzusunda dəyirmi masa kimi iri miqyaslı tədbirlər həyata keçirilmişdir.
Təhsilin məzmun və keyfiyyətini yaxşılaşdırmaq üçün təhsil alanların və təhsil verənlərin monitorinqləri keçirilmiş, müəllimlərin elmi-metodik və pedaqoji hazırlığını artırmaq, elmi-metodik işi əlaqələndirmək, müəllim yaradıcılığını inkişaf etdirmək üçün Elmi-metodikşura yaradılmış, kafedra sisteminə keçilmişdir. Audiovizual dərs vəsaitlərindən istifadə təcrübəsini yaymaq məqsədi ilə “Azərbaycan tarixi”, “Kimya”, “Fizika”, “Biologiya” fənlərindən açıq dərslər keçirilmişdir.
Milli kurrikulumla əlaqədar məktəb-liseyin valideyn komitələri ilə birlikdə valideyn və müəllimlərin birgə treninqi keçirilmişdir. Müəllimlərin iş təcrübəsinə əsaslanan yeni qiymətləndirmə mexanizmi hazırlanmışdır. Hər bir fəsil başa çatdıqda yaradıcı tətbiqetmə ilə bağlı səviyyələr üzrə qiymətləndirmələr aparılır.
Məktəb-liseyin başlıca uğurlarından birini ali məktəblərə qəbul təşkil edir. Bu səviyyə getdikcə yüksəlir. Belə ki, 2007-ci illərdə qəbul faizi 39,2 % təşkil edirdisə, 2008-ci ildə bu rəqəm 41 %, 2009-cu ildə isə 57,3 % çatdırılmışdır. 500-700-dən çox bal toplamış məzunların sayı: 2007-ci ildə 9 nəfər, 2008-ci ildə 10 nəfər, 2009-cu ildə isə 7 nəfərdir.
Məktəb-liseyin fiziki tərbiyə və idman üzrə uğurları: Yeniyetmələr arasında karate üzrə beynəlxalq turnirdə VII sinif şagirdi II yer (2007), dama üzrə Nizami rayonu məktəbliləri üzrə spartakiadada II yer (2007). Məktəb-liseyin şagirdləri idmanın müxtəlif növləri üzrə də beynəlxalq və respublika yarışlarında iştirak etmiş və yerlər tutmuşlar: Tay-boks beynəlxalq turnirdə III yer, bədii gimnastika üzrə VI a sinif şagirdi benəlxalq olimpiadada II yer.Hal-hazırda
məktəb-liseyimizin VII a sinif şagirdi Sulatanova Dilarə
“Ilin Ən Yaxşı” idmançısı üzrə nominasiyası üzrə respublika müsabiqəsində II yer tutmuş və Təhsil Nazirliyi tərəfindən diploma layiq görülmüşdür.
2008/2009-cu ildə məktəblilər arasında keçirilən “Azərbaycan-dünyam mənim” yaradıcılıq müsabiqəsinin şəhər mərhələsində Lazımbəyli Orxan Eynulla oğlu kompyuter lahiyəsi üzrə II yer, Musayeva Günel Elşad qızı VIII sinif şagirdi bədii qiraət üzrə III yer, rayon mərhələsində isə Hüseynova Esmira Nurəddin qızı XI sinif şagirdi rəsm üzrə III yer tutmuşdur.
2008/2009-cu tədris ilində “Cəfər Cabbarlı – 110 illiyi” adı altında gecə keçirilmişdir.Gecənin qonaqları ədibin qızı və nəvələri  olmuşlar. Həmin ildə “Ərtoğrul Cavidin – 90 illiyi” ilə əlaqədar şəhər miqyaslı bədii gecə keçirilmişdir. Bu gecədə tanınmış tarixçilər, alimlər iştirak etmişlər.
Məktəb-liseyimizin şagirdləri fənn olimpiadalarında iştirak etmişdir. Belə ki, 2007/2008-ci tədris ilində Babayeva Günay Niyyət qızı azərbaycan /tarixi fənni üzrə şəhər mərhələsi üzrə I yerə layiq görülmüşdür. Bu il isə olimpiadanın rayon turunda 7 nəfər I yerə, 8 nəfər II yerə (az/dili,ədəbiyyat, fizika, kimya, riyaziyyat, az/tarixi fənləri üzrə) layiq görülmüşlər.
Azərbaycan Respublikasında təhsilin inkişafında və təhsil
müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsində
xüsusi xidmətləri olan şəxslərə fəxri adların verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin 30 sentyabr 2009-cu il tarixli
Sərəncamına əsasən məktəb-lisey üzrə 2 riyaziyyat müəllimi “Əməkdar Müəllim” fəxri adına layiq görülmüşlər:
1.Hüseynov Anar Hüseyn o.- (elmlər namizədi)
2.Hümbətova Fəsilə Əhməd q.
Məktəb-liseydə Hüseynov Anar “Əməkdar Müəllim” fəxri adına layiq görülməklə bərabər həm də elmlər namizədidir.
Məktəb-lisey kitabxanası əsaslı şəkildə təmir olunmuş, inventar və avadanlıqla təchiz olunmuş otaqlarda yerləşir.Kitabxana fondunda 20529 nüsxə kitab var. Onlardan 17186 nüsxəsi dərslikdir.

 


Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol